Vətəninfo.az xəbər verir ki, “Mançester Yunayted”in 27 yaşlı ingilis hücumçusu Markus Reşford icarə əsasında “Aston Villa”ya keçib.
Tərəflər 6 aylıq icarə müqaviləsi imzalayıblar. Aston Villa bu yay Markus Reşfordun transfer hüququnu 40 milyon funta almaq imkanı əldə edəcək.
Bu mövsüm Marcus Rashford “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.