Ara-sıra blogerlər sosial şəbəkə hesabında bu stadionla bağlı paylaşım edir. Arenada hələ də işlərin başlamadığını görürük, həmçinin qazonun vəziyyəti də ürəkaçan deyil. Mövcud durumla bağlı bilgi almaq üçün “Xəzər Lənkəran”ın sabiq icraçı direktoru Höccət Hacıyevlə əlaqə saxladıq:
“Qazona 10 ildi qulluq edilmir, indiyə qazon qalar? Toxum səpliməlidi, yenilənməlidi. Orda texniki işçi yoxdu. Hamısı buraxılıb. Sadəcə, mühafizə var”.
Bir ara AFFA-nın stadionu almaq istəyi haqda da xəbərlər yayıldı. Höccət bəy bu suala qısaca belə cavab verdi:
“AFFA-nın stadionu almaq istəyindən məlumatım yoxdu”.
ƏSƏD SEYİDOV