RU

Erkən demans riskini artıran amillər- ARAŞDIRMA

Nəzarətsiz diabet, hipertoniya və sosial təcrid də daxil olmaqla ondan çox amil 65 yaşdan əvvəl demensiyanın inkişaf riskini artırır.

Editor.az xəbər verir ki, bunu Daily Mail-ə müsahibəsində London Universitet Kollecinin psixiatriya professoru Robert Hovard deyib. Professor bildirib ki, əsas risk faktorları arasında 2-ci tip şəkərli diabet, hipertoniya, yüksək xolesterin və piylənmə kimi xəstəliklər var. Gənclərdə siqaret və alkoqoldan sui-istifadə, aşağı fiziki aktivlik, depressiya, sosial təmasların olmaması, eşitmə və ya görmə zəifliyi, baş zədələri də erkən demensiyaya səbəb ola bilər. “Genetika dəyişdirilə bilməz, lakin digər amillər düzəldilə bilər. Məsələn, nəzarətsiz diabet və hipertoniya beyni qidalandıran qan damarlarının aşınmasını sürətləndirir ki, bu da Alzheimer xəstəliyinə səbəb ola bilər”, – Hovard bildirib. Professor qeyd edib ki, neqativ vərdişlərə uzun müddət məruz qalma (məsələn, uzun müddət siqaret çəkmək) demans riskini artırır. Erkən demans daha az yaygındır, lakin bir çox əlaqəli elementlərə görə onun səbəblərini müəyyən etmək daha çətindir. Howard müntəzəm olaraq ürək sağlamlığını yoxlamağı, çəkini idarə etməyi, ictimai aktiv olmağı və başınızı xəsarətlərdən qorumağı tövsiyə edir.

//Gülnarə Abasova, Editor.az

Избранный
26
editor.az

1Источники