İngiltərə Premiyer Liqasının 24-cü turunda “Arsenal” evində “Mançester Siti”ni qəbul edib. Turun mərkəzi görüşündə “topçular” “şəhərlilər”i 5-1 hesabı ilə darmadağınla yola salıb.
Yenisabah.az xəbər verir ki, londonluların qolları Odeqard (2), Perti (56), Luis Skelli (62), Havertz (76), Nvaneridən (90+2) gəlib. “Mançester Siti”nin yeganə topunu isə 55-ci dəqiqədə Halland vurub.
Bu nəticə ilə “Arsenal” xallarının sayını 50-yə çatdırıb. Son çempion “Mançester Siti” isə 41 xalda qalıb.
Telegram kanalımız