RU

"Qalatasaray" Moratanın pulunu hissə-hissə ödəyəcək

Xəbər verdiyimiz kimi, Super Liqa təmsilçilərindən "Qalatasaray" heyətini Alvaro Morata ilə gücləndirib. 

Apasport.az-ın məlumatına görə, "cimbom" "Milan"ın futbolçusunu 20 yanvar 2026-cı ilə qədər icarəyə götürüb. 

İstanbul klubu bunun üçün İtaliya təmsilçisinə 6 milyon avroluq müvəqqəti transfer haqqı ödəyəcək.

Futbolçuya 2024-2025 mövsümünün ikinci yarısı üçün 3 000 000 avro, 2025-2026 mövsümünün ilk yarısı üçün 3 000 000 avro qonorar ödəniləcək.

Bundan əlavə, "sarı-qırmızılılar" 15 yanvar 2026-cı il tarixinə qədər yazılı bildiriş vermək şərti ilə 8 000 000 avro qarşılığında forvardın transferini həyata keçirmək imkanına sahibdir. Komanda bu məbləği də hissəli şəkildə ödəyəcək. 

Həmçinin "Qalatasaray" 15 yanvar 2026-cı il tarixinə alqı-satqı variantından istifadə etməsə, icarə müddətini pulsuz olaraq 30 iyun 2026-cı il tarixinə qədər uzada bilər.

Qeyd edək ki, Morata bu mövsüm 25 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Yunayted”də ciddi itki

Avstriyalı müdafiəçi “Tottenhem”də - rəsmi

“Leççe”nin üzvü “Yunayted”də - rəsmi

Ali Koçla münaqişə edən "Fənərbaxça" əfsanəsi vəfat edib

Rusiya Futbol İttifaqının prezidenti bəlli oldu

Избранный
6
25
apasport.az

10Источники