RU

Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirilib

Bakı. Trend:

Azərbaycan Respublikası ərazisində beynəlxalq terrortəşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşmaüzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi vəqanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətindəDövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyininəməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülmüşdür.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər“Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştiraketdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri- Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, RiyadSəfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayətəlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terroraktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndləriniəhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, busığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğularvə digər zəruri ləvazimatlarla təchiz etmələri təsbitolunmuşdur.

İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yerimüəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədiləkeçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvandaxüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd“RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusitəyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isəzərərsizləşdirilmişdir.

Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirlərinəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizlişəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş,həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri -Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyevsilahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkənməhv olmuşlar.

Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradanpartlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf,aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcımexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşunhissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi,patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədəterror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvoluolan bayraq müəyyən edilərək götürülmüşdür.

Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçuqruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndininyaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və RövşənLaçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilmişvə onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlımüqavimət göstərərkən zərərsizləşdirilmişlər.

Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi,təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar vədəlillər müəyyən edilmişdir.

Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətəmalik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardanistifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan vəonları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onunyaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayanEtibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həminqurğuların partlaması nəticəsində xəsarət almışdır.

Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, EtibarƏhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyiilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətindəiştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcımaddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslışübhələr müəyyən edilmişdir.

Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, RəhimMirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev vəElçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik(cinayətkar təşkilat) halında odlu silahdan və silah qismindəistifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik,dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq)və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrətəqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək,məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiriseçilmişdir.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davametdirilir.

Избранный
23
49
az.trend.az

2Источники