RU

Bu bankların fevralda müştəriləri ilə məhkəmə çəkişməsi var – SİYAHI

Ölkənin ən böyük banklarından olan “Kapital Bank”ın “Birbank” tətbiqində ötən ay 7 saatdan çox davam edən problem, bankın bütün sistem və əməliyyatlarının çökməsi bir daha göstərdi ki, Azərbaycan bankları hansı səviyyədədir. Məhz bu kimi səbəblərdən vətəndaş öz bankına haqlı olaraq inanmır. Əmanətini banka etibar etmək isə bu gün vətəndaş üçün ən böyük riskdir. Həmçinin problemli kreditlər, bərbad xidmət, əməl edilməyən müqavilə şərtləri də banklara inamı azaldıb. Buna görə də hər ötən gün məhkəməyə verilən bankların sayı artır. Bu ay da bankların vətəndaşlarla məhkəmələrdə rekord sayda çəkişməsi var.

Tribunainfo.az fevral ayı ərzində kreditorlarla, əmənatçilər və müştəriləri ilə məhkəmə çəkişməsində olan bankların siyahısını tərtib edib.
Siyahını təqdim edirik:

“UNİBANK” ASC – 739 məhkəmə
“KAPİTAL BANK” ASC – 543 məhkəmə
“ACCESSBANK” QSC – 458 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 286 məhkəmə
“BANK OF BAKU” ASC – 200 məhkəmə
“YELO BANK” ASC- 109 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 106 məhkəmə
“RABİTƏBANK” ASC – 98 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 85 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 51 məhkəmə
“PAŞA BANK” ASC – 38 məhkəmə
“XALQ BANK” ASC – 26 məhkəmə
BANK “BTB” ASC – 26 məhkəmə
“AFB BANK” ASC – 23 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 21 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 15 məhkəm
“BANK AVRASİYA” ASC – 11 məhkəmə
“PREMİUM BANK” ASC – 2 məhkəmə
“NAXÇIVANBANK” ASC – 2 məhkəmə

Nigar

Избранный
41
1
tribunainfo.az

2Источники