ABŞ prezidenti Donald Tramp Çinin regionda artan təsirini fonunda Panama kanalı ilə bağlı status-kvonu saxlamaq niyyətində deyil.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Panama Prezidenti Xose Raul ilə görüşü zamanı bildirib.
“Dövlət katibi Rubio açıq şəkildə bildirib ki, status-kvon qəbuledilməzdir və təcili dəyişiklik olmasa, Birləşmiş Ştatlar müqavilə üzrə hüquqlarını qorumaq üçün lazımi addımları atmağa məcbur olacaq”, - dövlət departamentinin məlumatında deyilir.