RU

FlyArystan Astanadan Bakıya mövsümi aviareyslərin biletlərini satışa çıxarıb

Astana. Trend:

Qazaxıstanın loukoster hava yolları şirkəti olan “FlyArystan”Astana-Bişek-Astana və Astana-Bakı-Astana istiqamətlərindəaviabiletlərin satışına başlayıb. Sözü gedən reyslər yay mövsümündəaçılacaq.

Trend“FlyArystan”a istinadən xəbər verir ki, Astanadan Bişkekə və geriyəolan reyslər 1 iyunda başlayıb 31 avqusta qədər (2025-ci il) davamedəcək. Hava reysləri həftədə iki dəfə - çərşənbə axşamı və bazargünləri yerinə yetiriləcək. Astana- Bakı-Astana reysləri isə iyunun2-də açılacaq və həftədə iki dəfə - bazar ertəsi və cümə günlərihəyata keçiriləcək.

Qeyd edək ki, daha əvvəl aviaşirkət 2025-ci ilin yaz-yay mövsümüüçün aviabilet satışlarının açıldığını elan etmişdi. Artıqsərnişinlər Bişkek, Bakı və digər beynəlxalq və daxiliistiqamətlərə ən sərfəli qiymətlərlə biletləri FlyArystan mobiltətbiqi, şirkətin rəsmi saytı, eləcə də digər mövcud satışkanalları vasitəsilə əldə edə bilərlər.

Избранный
9
1
az.trend.az

2Источники