RU

Qaya parçaları yola töküldü: 1000-dən çox insan...

Fransanın cənub-şərqindəki Savoya departamentində qaya parçaların magistral yola düşməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin Savoya əyalətindəki istirahət mərkəzlərinə çıxışı təmin edən “RN90” magistralına üç böyük qaya parçası düşüb.

Avtomobil sürücüsünün yüngül şəkildə yaralandığı hadisədə yol hərəkəti dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.

Hadisə ilə əlaqədar 1000-dən çox insan yaxınlıqdakı şəhərlərdəki qaçqın mərkəzlərində gecələmək məcburiyyətində qalıb.

Savoya qubernatorluğu magistral yolda zədələnmiş təmir işlərinin davam etdiyini və nəqliyyatın normal vəziyyətə düşməsinin bir neçə gün çəkəcəyini açıqlayıb.

Избранный
11
1
cebheinfo.az

2Источники