Məşhur amerikalı reper Kanye Uest ilə həyat yoldaşı Byanka Senzori “Qremmi” mükafatlandırma gecəsindən qovulub.
“Qafqazinfo” “New York Post”a istinadən xəbər verir ki, buna səbəb cütlüyün “Qremmi”yə dəvət olunmaması və Byanka Senzorinin gecəyə çılpaq gəlməsi olub.
Bildirilir ki, Kanye qırmızı xalçadan keçdikdən sonra polis tərəfindən müşayiət olunub.
Senzori qara xəz paltosu ilə qırmızı xalça üzərinə keçib, daha sonra paltosunu çıxararaq kamera qarşısında pozlar verib. Onun “libası” sosial şəbəkələrdə və dünyada müzakirələrə səbəb olub. O, gecəni üzərində xəz paltosu ilə tərk edib.
İddialara görə, məqsəd gündəmə gəlmək olub.
Qeyd edək ki, Kanye “X” hesabında Senzorinin fotolarını paylaşıb.