RU

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Yeni ticarət həftəsi olduqca təlatümlü başladı.Amerika Birləşmiş Ştatlarıdan Çin, Kanada və Meksikaya tətbiqolunan yeni gömrük rüsmları və sözügedən bu ölkələrin də ABŞ-amisilləmə siyasət tətbiq edəcəyi yönündəki açıqlamalar fonundabirjalar yeni həftəyə “gap” ilə başladı. Belə ki, EURUSD, GBPUSD,USDCAD, AUDUSD məzənnələri müvafiq olaraq 1300 point, 1800 point,2200 point və 1100 point ucuzlaşıblar. Bitkoin 7790$, eterium vərippl isə hər biri 10% dəyər itirib. Qızıl ötən həftə 2817$-a kimiyüksələrək tarixi maksimumlarını yenilədəkdən sonra, 2775$-a kimigeriləyib.

Cari həftə ərzində bazarların gündəmində cümə axşamıgünü İngiltərə Bankının (BoE) növbəti faiz qərarı, cümə günü isəAmerikada əmək bazarı, xüsusilə də NFP hesabatı olacaq.

BoE-nin isə uçot dərəcələrini 4.75%-dən 4.5%-əendirəcəyi proqnozlaşdırılır.

Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada,Almaniyada, İngiltərədə və Yaponiyada sənaye və xidmətsektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri dərcolunacaq.

EUR

Ötən həftəni 1.0370 səviyyəsində başa vuran EURUSDməzənnəsi cari həftəyə 1.0235 səviyyəsində start verdi və hazırda,1.0223 səviyyələrində ticarət olunur.

Cari həftə ərzində Avrozonada açıqlanacaq İstehlakQiymətləri İndeksi, eləcə də, sənaye və xidmət sektorlarında BiznesAktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakıqiymətlərinə yön verə bilər.

“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və buradaqoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakterala bilər.

GBP

Keçən həftəni 1.24$ həddində tamamlasa da,funt-sterlinq də cari həftəyə sərt enişlə başladı və hazırda 1.2260hədlərində ticarət olunur.

Bu həftə isə İngiltərə Mərkəzi Bankının (BoE) faizqərarı, bank sədri Endryu Beylinin çıxışı və PMİ rəqəmləri funtundünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAUUSD

Qızıl ötən həftə 2817$-a kimi yüksələrək tariximaksimumlarını yenidəkdən sonra, 2775$-a kimi geriləyib.

Hazırda, 2778$-dan təklif olunan “sarı metal”,investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadiriskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənliliman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskinbahalaşmasına dəstək ola bilər.

Kriptovalyutalar

Prezident Donald Trampın Kanada, Meksika və Çini uzunmüddətdir təhdid edilən idxal tarifləri ilə vurmasından sonrakriptovalyutalar riskdən qorunma hissi fonunda ucuzlaşıb.

Bitkoinin qiyməti 91233$-a kimi düşdü. Hazırda, 93888$-dan təklif olunan BTC-də eniş tendensiyası davam edərsə,qarşıda duran ən kritik dəstək həddi kimi, 90000$ səviyyəsi durur.Bu hədd qırılarsa, “ayılar” qiyməti 80000$-a kimi endirməyəçalışacaqlar.

20 ən böyük rəqəmsal aktivi bazar dəyərinə görə ölçən“CoinDesk 20” İndeksi 19% ucuzlaşıb. Eter 10.07% ucuzlaşaraq noyabrayından bəri ən aşağı səviyyəyə enib.

XRP isə 10.40% dəyər itirərək 2.6573$-a qədərucuzlaşıb. Bu, 9 dekabr 2024-cü ildən bəri ən böyük bir günlükazalmadır.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az veb saytıvasitəsilə bizə ünvanlaya bilərsiniz.

Избранный
19
9
az.trend.az

10Источники