RU

Hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından asılıdır - Deputat

Bakı. Trend:

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yenimərhələyə daxil olub. Prezident İlham Əliyev gənclərə xüsusi diqqətvə qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləriPrezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursudəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasınınilk plenar iclasında çıxışı zamanı deputat Ceyhun Məmmədovdeyib.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində ön cəbhədədöyüşən qəhrəmanların əksəriyyəti gənclər idi:

“Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daimbağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştiraketdilər və bu sınaqdan üzüağ çıxaraq “Dəmir yumruq” ətrafında sıxbirləşdilər. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeniuğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hərbir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsillihər bir gənc özünə daim inamlı və bacarıqlı olur”.

Deputat əlavə edib ki, hər bir ölkənin gələcəyi onun gənclərinininkişafından çox asılıdır.

“Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyətüçün önəmli olub. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksəkqiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanlarındəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağaçalışmalıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını,dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncinborcudur”, - deyə C.Məmmədov qeyd edib.

Избранный
2
az.trend.az

1Источники