"Ölkədə vətəndaşların evlərində sənədləşmə ilə bağlı problemlər aktual olaraq qalır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Razi Nurullayev deyib:
"Bununla bağlı aidiyyəti orqanlarla işləmək lazımdır. Bu məsələlər qaldırılır, amma həll olub-olmadığını bilmirik. Buna görə də parlament də bu məsələlərdə yaxından iştirak etməlidir. Bir çox insanlar sənədləşmə üçün lazımı sənədləri yığır, amma alınmır deyə sənədləşmə sıfıra düşür. Buna görə insanlar evlərini qazlaşdıra bilmirlər".
Spiker Sahibə Qafarova isə Razi Nurullayeva cavabında bildirdi ki, burada qaldırılan məsələlər parlament tərəfdən aidiyyatı qurumlara təhvil verilir.
Türkan İSGƏNDƏRLİ