Sea Breeze

Artıq 28 ildir ki, 2 fevral tarixi təqvimimizdədə Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət gənclər siyasəti müasir Azərbaycan gəncliyinin inkişafında əvəzsiz rol oynamışdır. Məhz Ulu Öndərin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən, hər il bu tarix Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. 1969-cu ildə Ulu Öndər Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra gələcək, bu günkü müasir dövlətimiz haqqında düşünmüş, yüksək intellektli, savadlı vətəndaşların yetişməsi, ixtisaslı zabit kadrlarının hazırlanması üçün böyük əhəmiyyətli işlər görmüşdür. 1970-1980-ci illərdə on minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi və nəticədə yüksək ixtisaslı 15 minə yaxın kadr ordusunun yaradılmasına nail olunmuşdur.

1972-ci ildə Ulu Öndərin o zamankı bütün məhrumiyyət və çətinliklərə baxmayaraq ciddi təkidi ilə Bakıda xüsusi hərbi məktəb – Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbaycan milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər göstərmiş, hər il məktəbin minə yaxın müdavimi bilik və bacarıqlarını artırmaq üçün Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə göndərilmişdir. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra 1993-cü ildə Ümummilli lider Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra gənclərin problemlərinin həllini ən vacib dövlət məsələləri ilə bir sırada prioritet vəzifə kimi qarşıya qoydu. Onun Sovetlər dönəmində yetişdirdiyi kadr potensialı artıq müstəqil Azərbaycana rəhbərliyi dövrdə dövlətin idarə edilməsində aparıcı qüvvəyə çevrilmişdi. Həm qürurverici, həm də sevindirici haldır ki, Azərbaycan Dövlətinin gənclər siyasəti bu gün Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Cənab Prezident gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Dövlət Proqramları təsdiq etmiş, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirmişdir. 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi Ölkə Prezidenti tərəfindən gəncərə verilən böyük önəmin bariz nümunəsi idi. Bəli, bu gün də ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakı təmin edilib.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən Müharibəsi oldu. Müzəffər Ordumuzun sıralarında Vətən uğrunda qəhrəmanlıqla vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz Müzəffər Ali Baş Komandanımız və Azərbaycan gənclərinin “Dəmir Yumruq” ətrafında birləşərək göstərdikləri rəşadət sayəsində Ölkəmiz düşmən üzərində Şanlı Zəfər qazanaraq yurdumuzun ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyev: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir.

Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” deyərək gəncliyimizin dəyərini, qiymətini vermişdir.

Şəkəralı İsmayılov;
Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı

ETX
ETX
ETX