RU

Badmintonçumuz İranda gümüş medal qazanıb - FOTO

Badmintonçumuz Keişa Fatimə Zəhra İranda keçirilən 33-cü “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan idmançımız finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.

Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.

İdman.biz

Избранный
24
10
idman.biz

10Источники