RU

Bu ölkədə iki avtobus toqquşdu: 28 nəfər ölüb

Nigeriyanın Ondo əyalətində iki avtobusun toqquşması nəticəsində 28 nəfər həyatını itirib, 49-u yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ondo dövlət koordinatoru Samuel İbitoye açıqlama verib.

O, yaralıların xəstəxanaya aparıldığını, ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Həddindən artıq sürətin qəzaya səbəb ola biləcəyinə diqqət çəkən İbitoye sürücüləri daha diqqətli olmaları barədə xəbərdar edib.

Избранный
1
2
publika.az

3Источники