RU

Tramp: USAİD-i radikal dəlilər idarə edir

ABŞ Prezidenti Donald Tramp USAİD rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və ABŞ-ın onlardan qurtulacağını bildirib.

Olaylar.az xəbər verir ki, o, bu barədə Amerika mətbuatına sözügedən qurumda auditin aparılması ilə bağlı məlumatları şərh edərkən deyib.

"USAİD-i radikal dəlilər idarə edir və onları uzaqlaşdıracağıq, sonra qərar verəcəyik", - o bildirib.

Qeyd edək ki, ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Maks USAİD-i "cinayətkar təşkilat" adlandırıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
65
6
olaylar.az

7Источники