RU

GÜRCÜSTAN AVROPA ŞURASIZ YAŞAYA BİLMƏZ, AMMA...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa Şurasının üzvü kimi əməkdaşlığa tam açıq olduğunu bildirib.

Tezadlar.az “İmedi” telekanalına istinadla bildirir ki, o, bu barədə TV-nin “Həftənin icmalı” verilişində bildirib. Baş nazir qeyd edib ki, Avropa Şurasının baş katibi Gürcüstana səfəri zamanı konkret məsələlər üzrə razılıq əldə olunub: “Parlament Assambleyası böyük əhəmiyyət daşımır, lakin biz Avropa Şurasının üzvü olaraq qalırıq. Baş katiblə konkret məsələlərdə razılığa gəldik və təşkilatla əməkdaşlığı davam etdirəcəyik”, - deyə Kobaxidze vurğulayıb.

RƏSMİ: əvvəlcə AŞ PA, Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən məhdudiyyətlərlə qəbul edib, tam çıxarılmasına dair təklifi rədd edib. Buna cavab olaraq, hökumət AŞ PA-da iştirakını dayandırıb, Gürcüstana qarşı “ədalətsiz yanaşma”nın dayandırılmasını tələb edib. Ölkəyə tətbiq edilən sanksiyaların siyası isə getdikcə artır...

A.Məmmədli

Избранный
4
7
tezadlar.az

8Источники