RU

Azərbaycan və Ermənistanın təhlükəsizliyi bizim üçün çox vacibdir - İran XİN

“Bizim Azərbaycan və Ermənistanla uğurlu əlaqələrimiz var”.

Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O bildirib ki, Tehran Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün hər cür yardıma hazırdır.

“Cənubi Qafqazda təhlükəsizlik, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyi bizim üçün çox vacibdir. İranın Azərbaycan və Ermənistanla uğurlu münasibətləri var və diplomatik danışıqlar da son günlər artıb”, - deyə siyasətçi vurğulayıb.

Bəqai qeyd edib ki, İran iki ölkə arasında dialoqun irəliləməsinə töhfə verməyə hazır olduğunu bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
7
missiya.az

1Источники