RU

Eldəniz Səlimov yenidən deputat seçilə bilər? – “Qanunla müəyyən edilir”

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb. 2021-ci il iyulun 29-da Xaçmazda polis əməkdaşını döydüyünə görə o, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Parlamentin 3 avqust 2021-ci il tarixli fövqəladə iclasında toxunulmazlığı ləğv olunmuş Eldəniz Səlimovun timsalında əvvəllər həbs olunmuş hansısa şəxsin yenidən deputatlığa namizəd ola bilib-bilməyəcəyi sualı ortaya çıxır. Üstəlik, o və ya digər eyni aqibətli şəxs deputat üçün nəzərdə tutulan imtiyazlardan, məsələn, pensiya güzəştindən istifadə edə bilərmi?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Turan Abdullazadə bildirib ki, seçkilərdə iştirak hüququna malik olan hər bir vətəndaş deputatlığa namizəd ola bilər:

“Konstitusiyanın 85-ci maddəsinə əsasən, ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər. Milli Məclis üzvüü səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda səlahiyyətini itirir. Müvafiq qərarın qəbul edilmə qaydası da qanunla müəyyən edilir”.

Turan Abdullazadə əlavə edib: “Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Böyük ictimai təhlükə törətməyən cinayət əməlinə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

Əvvəllər millət vəkili olmuş, daha sonra müəyyən səbəbdən həbs edilmiş şəxsin deputatlara bağlı nəzərdə tutulan imtiyazlardan istifadə məsələsinə gəlincə, bu məsələ qanunvericilikdə müəyyən edilmiş qaydalara əsasən tənzimlənir. Milli Məclisinin deputatlarına verilən imtiyazlar və təminatlar deputatın statusu haqqında qanun və digər normativ aktlarla tənzimlənir. Əgər sabiq deputat məhkum olunubsa və bu məhkumluq onun deputat fəaliyyəti ilə bağlı olmayan ağır və ya xüsusilə ağır cinayətlə əlaqədardırsa, bu halda onun deputat kimi aldığı imtiyazlara və pensiya hüququna məhdudiyyətlər qoyula bilər.

Əgər məhkumluq deputat fəaliyyətindən irəli gələn məsələlərlə bağlıdırsa və xüsusi hallarda əfv olunarsa, həmin şəxsin pensiya və digər təminat hüquqları bərpa edilə bilər. Yəni toxunulmazlıq hüququ və deputat statusu cinayət törətməkdə məhkəmənin hökmü ilə təqsirli bilindiyinə görə itirildiyi üçün deputat təqaüdü ala bilməyəcək”.

Избранный
16
2
editor.az

3Источники