Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqovun bu darmadağınla bağlı fikirlərini öyrəndik:
“Məğlubiyyət hardasa gözlənilən idi. Millimiz yenidən qurulur. Gənc oyunçularımız çoxdu. Yığma sırf yerli oyunçulardan qurulur. Bir qədər çətinlik olacağını hamımız düşünürdük. Təcrübə artdıqca komandamız qalib gəlməyə başlayacaq. Xorvatiya millisi ilk “10-luq”da qərarlaşan yığmadı. Böyükhesablı məğlubiyyət acınacaqlı oldu. Güman edirəm ki, Yunanıstanla oyunda millimiz xarakter göstərər, əsl gücünü ortaya qoyub meydandan qalib ayrılar”.
ƏSƏD SEYİDOV