RU

Türkiyədə xarici jurnalistlərin iştirakı ilə zəlzələ bölgəsinə baxış keçirilir

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində 6 fevral 2023-cü il tarixində baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümü ilə əlaqədar regionda tamamlanmış və davam edən yenidənqurma layihələrinin icrasına xarici jurnalistlərin iştirakı ilə yerində baxış keçirilir.

“Report”un Ankara bürosu xəbər verir ki, Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın 12 ölkəsinidən 90-dan çox media nümayəndəsi qatılıb.

Proqram çərçivəsində zəlzələdə ən çox dağıntıya məruz qalan Adıyaman, Kahramanmaraş və Hataydakı binaların yenidən layhələndirilməsi, səhiyyə, təhsil sahəsindəki tikililərin bərpası, infrastruktur və mədəni irsin yenidən qurulması ilə bağlı layihələr ətraflı şəkildə nəzərdən keçiriləcək.

Qeyd edək ki, 6 fevral 2023-cü il tarixdə episentri Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.6 və 7.7 maqnitudalı zəlzələ nəticəsində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. 90 ölkədən 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə və təhlükəsizlik xidməti cəlb olunub. Təbii fəlakətin ilk günündən etibarən Azərbaycan da Türkiyəyə yardımlar edib.

Избранный
7
2
report.az

3Источники