Bakı. Trend:
Ötən gün (02 fevral 2025) Gürcüstanın paytaxtı Tbilisiningirişində keçirilən etiraz aksiyasında 31 nəfər inzibati qaydadasaxlanılıb.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəəbr verir ki, bu haqda Gürcüstan DİNməlumat yayıb.
Məlumata görə, saxlanılanların hamısı xırda xuliqanlıqda vəpolisin əmrinə tabe olmamaqda ittiham olunurlar. İnzibati qaydadasaxlanılanların bir hissəsi, o cümlədən müxalifət partiyası olan“Axali”nin lideri Nika Meliya yaşadıqları şəhəri tərk etməmələrinədair iltizamnamənin alınmasından sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, fevralın 2-də Gürcüstanın müxalifətpartiyalarının nümyəndələri, o cümlədən ictimai fəallar “TbilisiMoll” ticarət mərkəzinin qarşısında etiraz aksiyası keçirərək,paytaxta şimaldan girişi təmin edən avtomagistralı bağlamağaçalışıblar. Polis əməkdaşları aksiya iştirakçılarının nəqliyyatınhərəkətini dayandırmaq cəhdlərinə əngəl olduğundan tərəflərarasında kiçik toqquşmalar meydana gəlmişdi. Aksiyanındağıdılmasından sonra etirazçılar parlamentin binasına doğru yürüşedərək, mərkəzdə toplaşmışdılar.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyaları noyabrın 28-dən bərikeçirilir. Buna baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqınaüzvlüklə bağlı danışıqlar prosesini donduracağını elan etməsi səbəbolub. Etirazların birinci həftəsi daha gərgin olsada, növbətiaksiyalar əsasən dinc xarakter daşıyıb.