Qondarma "DNR"in Boks Federasiyasının rəhbəri və “Arbat” batalyonunun təsisçisi Armen Sarkisyan Moskvanın “Alıe Parusa” elit yaşayış kompleksində baş verən partlayış nəticəsində sol ayağının bir hissəsini itirib və komaya düşüb. Bu barədə Life SHOT-a istinadən məlumat yayıb.
Qeyd edək ki, Moskvanın Aviaçionnaya küçəsində yerləşən “Alıe Parusa” elit yaşayış kompleksində partlayış fevralın 3-də səhər saatlarında baş verib. Partlayış 1-ci mərtəbədəki zalda tavanı qoparıb.
SHOT kanalındakı mənbənin sözlərinə görə, partlayıcı qurğu tavanın altına qoyulub.
Tural