RU

Deputatdan maraqlı təkliflər: “Qəsəbə və kənd evləri...”

“Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir. Ölkə Prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb. Doğurdan da məsələnin həll olunmamasının ciddi obyektiv səbəblər var. Amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü iclasında deyib. 

Deputat qeyd edib ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesin iştirakçısı olmasında və mütəmadi olaraq görülən işlərlə bağlı da məlumatlar almasında fayda var. Amma əsaslı və yenilənmiş məlumatlar tapmaq çətindir:

“Məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyəti dövlət orqanları ilə birlikdə işləmək vacibdir. Bunun üçün də parlament üzvlərindən ibarət bir tərkib yaradıb məsələnin mövcud durumunu öyrənmək, müzakirələr aparmaq və təkliflər planının daha da təkmilləşdirilməsində fayda görürəm.

Bu məsələləri burada qaldırırıq, söz olaraq qalır, görülən işlərlə bağlı da məlumatımız olmur. Onun üçün də məsələnin həlli yönümündə parlamentin də iştirakında fayda görürəm. 

Evlərin sənədləşmə prosesinin ikinci ən ağır tərəfi isə rayon, qəsəbə və kənd evləri ilə bağlıdır. Adamlar evini tikib, düz 50-60 ildir ki, yaşayırlar. Amma evlərinə sənəd ya vaxtında düzəltməyiblər, ya da süründürməçilik ilə üzləşiblər. 

Bu səbəbdən bir çox insanlar evlərinə qaz xətləri də çəkə bilmir. Çünki “ASAN xidmət” konkret sənədlərlə və tam olaraq qanuna söykənərək işləyir və o xidmətdə xahişlə məsələ həll olunmur”. 

R.Nurullayev təklif edib ki, bu məsələ ilə bağlı da təklif etdiyim deputat tərkibi məşğul olsun və sadələşdirici, təmərküzləşdirici təkliflərini hazırlayıb təqdim etsin:

Sonunda, müvafiq qurumların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük tərkibdə tədbirin keçirilməsini və tövsiyələrin də təqdim olunmasını da təklif edirəm”.

Избранный
10
1
cebheinfo.az

2Источники