RU

“Azərkosmos”un ixrac gəlirləri məlum olub

Bakı. Trend:

Ötən il Azərbaycan Respublikasının Kosmik Agentliyi(“Azərkosmos”) 18,5 milyon ABŞ dolları dəyərində telekommunikasiyaxidməti ixrac edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışına istinadənxəbər verir.

Məlumata görə, bu, əvvəlki illə müqayisədə 1,3 milyon ABŞdolları və ya 6,6% azdır. 2023-cü ildə Azərkosmos 19,8 milyon ABŞdolları dəyərində telekommunikasiya xidməti ixrac edib.

Hesabat dövründə Azərkosmos tərəfindən dünyanın 50 ölkəsinə(əvvəlki illə müqayisədə 2 ölkə az) peyk telekommunikasiyaxidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldəetdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib.

2024-cü ildə peyk telekommunikasiya xidmətlərinin ixracının ilkbeşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə BƏƏ,683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları iləTürkiyə qərarlaşıb.

Ötən ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Избранный
28
8
az.trend.az

10Источники