ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikanın "torpaqları zəbt etdiyini" və müəyyən qruplara "çox pis" davrandığını deyərək ona bütün maliyyələşdirməni dayandırdığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial media hesabında mesaj paylaşıb.
Cənubi Afrikada vəziyyətin çox pis olduğunu, lakin “radikal sol medianın” bu məsələni gündəmə gətirmədiyini bildirən Tramp Cənubi Afrikanın torpaqları zəbt etdiyini bildirib.
Tramp qeyd edib ki, Cənubi Afrikada müəyyən qrup insanlarla “çox pis” rəftar edilib və böyük insan haqları pozuntuları olub.
ABŞ-nin bu vəziyyətə dözməyəcəyini bildirən Tramp hərəkətə keçəcəklərini açıqlayıb:
"Tam araşdırma başlanana qədər mən Cənubi Afrikaya gələcək bütün maliyyələşdirməni dayandırıram".