RU

Səhiyyə Nazirliyi “Şəfa” Müalicəvi Diaqnostika Mərkəzini cərimələdi

Səhiyyə Nazirliyi “Şəfa” Müalicəvi Diaqnostika Mərkəzini

“Şəfa” Müalicəvi Diaqnostika Mərkəzi sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimələnib.

Emlakbazari.az

E-saglam.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Mərkəz ilə bağlı müraciətə baxılıb.

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 1996-cı ildə yaradılan “Şəfa” Müalicəvi Diaqnostika Mərkəzinin fəaliyyətinin əsas istiqaməti diaqnostik laborator xidmətlər göstərməkdir. (iqtisadiyyat.az)

E-saglam.az 


Избранный
4
e-saglam.az

1Источники