Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəra fevralın 4-də Türkiyəyə səfər edəcək. Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkə hesabında bildirib. “Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəra president Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-ü çərşənbə axşamı Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyada baş verən son hadisələr bütün aspektləri ilə müzakirə olunacaq və bir qiymətləndirmə aparılacaq. İqtisadiyyatı bərpa etmək, Suriyada davamlı sabitlik və təhlükəsizliyi təmin etmək üçün iki ölkənin atmalı olduğu birgə addımlar nəzərdən keçiriləcək”, - deyə Altun qeyd edib.