![Tramp:](https://ulusum.az/uploads/posts/2025-02/c52703e88d_347330275881964.webp)
ABŞ prezidenti Donald Tramp jurnalistlərə verdiyi açıqlamada, administrasiyasının Ukrayna, Rusiya və "müxtəlif tərəflərlə" görüşlər və danışıqlar planlaşdırdığını bildirib.Tramp, Rusiya ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı "ciddi müzakirələr" apardıqlarını vurğulayıb. “Ulusum”.az xəbər verir ki, CNN kanalının məlumatına görə, o, "Biz Ukrayna və Rusiya ilə əlaqə saxlayırıq, müxtəlif tərəflərlə görüşlər və danışıqlar planlaşdırılmışdır, o cümlədən Ukrayna və Rusiya ilə", deyə qeyd edib.Əvvəllər, Tramp ABŞ-ın Rusiya ilə Ukraynada baş verən vəziyyətin həlli barədə əlaqə saxladığını bildirmişdi."Vətəndaş müharibəsini dayandırmaq üçün edə biləcəyim hər şeyi edəcəyəm. Artıq müzakirələr davam edir", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.O, həmçinin, "Bizim Rusiya ilə çox ciddi müzakirələrimiz gedir", deyərək, bu əlaqələrin hansı səviyyədə aparıldığı barədə əlavə məlumat verməyib. Tramp, Vladimir Putinlə danışmağı ümid etdiyini də dəfələrlə qeyd edib.Səidə
Diqqət Çəkənlər
Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər
Tramp Kanada, Meksika və Çin mallarına yeni rüsumlar tətbiq edib
Professor: Ukrayna münaqişəsi Tramp üçün yeni Vyetnama çevrilə bilər