![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/4/23/1/94fba1cd-1a97-4ce3-b62e-cc5d14a8b1d5/aqil-abbas-yeni.jpg)
“Həkimlərin şəxs olaraq reklam edilməsi dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bir sıra televiziya kanallarının şou proqramlarında tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmadan reklam edilməsi qalsın bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər.
Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Əlbəttə, biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi diantalogiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə əməliyyatlarında, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Hansı ki, bunların çoxunun tibbi göstərişi də yoxdur”, - deyə millət vəkili əlavə edib.