ETH-dəki kəskin düşüşü fürsət bilən və 1 milyard dollardan çox sərvətə sahib olan bir investor, 50 mindən çox ETH alışı ilə yenidən diqqət mərkəzinə gəldi. Eyni investor 2024-cü ilin avqust ayındakı böyük eniş zamanı da oxşar əməliyyatları ilə seçilmişdi.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan "Ether"in 3 400 dollardan 2 125 dollara kəskin düşməsi bəzi investorlar üçün fürsət kimi qiymətləndirilib. Onlardan biri də 2024-cü ilin avqust ayında böyük eniş zamanı ETH alan və portfelində 1 milyard dollardan çox sərvət olan bir balina idi – bu termin kriptovalyuta bazarında böyük investorları ifadə edir.
"Lookonchain"in topladığı məlumatlara görə, 0x28a… ilə başlayan cüzdan ünvanına sahib olan bu investor, səhər saatlarında ETH-nin dəyərinin düşməsindən dərhal sonra əməliyyatlara başlayaraq 50 mindən çox ETH satın alıb. İlk olaraq, orta hesabla 2 480 dollara 111 milyon dollar xərcləyərək 45 047 ETH alan balina, qısa müddət sonra 14,5 milyon dollarlıq yeni bir alış edərək portfelinə əlavə 5 382 ETH daxil edib. Beləliklə, ümumi alış miqdarı 50 429 ETH olub.
Eyni investor keçmiş əməliyyatları ilə də diqqət çəkir. Söhbət gedən balina sonuncu dəfə böyük həcmdə ETH alışını 2024-cü ilin avqust ayında həyata keçirmişdi. O zaman ETH 2 500 dolların altına enmiş, bir neçə ay dalğalı hərəkət etdikdən sonra 4 000 dollara yüksəlmişdi.
ETH hazırda, saat 14:30-a olan məlumata görə, 2 590 dollardan ticarət olunur.
Aydın