RU

2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Qızılağac və Şirvan milli parklarında müxtəlif tədbirlərlə qeyd edilib/FOTO

Şirvan Milli Parkını ziyarət edən turistlərə su-bataqlıq ərazilərinin əhəmiyyəti, ölkəmizdə mövcud olan su-bataqlıq quşları, əsasən də “Qırmızı Kitab”a salınmış nadir və nəsli kəsilməkdə olan növlər haqqında məlumatlar verilib. Turistlər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Qızılqaz gölünə səfər edərək milli parkın su-bataqlıq ərazilərindəki quşları müşahidə ediblər.

Qızılağac Milli Parkında isə ziyarətçilərə Ramsar Konvensiyası, Konvensiyanın siyahısına daxil edilmiş Qızılağac Milli Parkı haqqında ətraflı məlumatlar verilib, körfəz ərazisində quşları müşahidə tədbiri təşkil edilib.
Qeyd edək ki, su quşlarının yaşayış yeri olan və beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq ərazilərindən səmərəli istifadə etmək və onları qorumaq məqsədilə 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd edilir.Ekologiya.az

Избранный
9
ekologiya.az

1Источники