RU

Həkimlərin reklamının aparılması qadağan edilsin - Milli Məclisdə TƏKLİF

Həkimlərin reklamının aparılması qadağan edilsin -

Milli Məclisdə Reklam haqqında qanuna dəyişiklik edilməsi təklif olunub.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu təkliflə parlamentin yaz sessiyasının ilk iclasında deputat Musa Quliyev çıxış edib. 

O bildirib ki, tibbi xidmətdə nələrin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir: "Bütün dünyada həkimi şəxs olaraq reklam etmək qadağandır. Bizdə də qadağan olunmalıdır".

"Bir sıra televiziya kanallarında şou proqramlarında, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklamı müşahidə edilir. Bu azmış kimi, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Əlbəttə biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri və normaları var. O cümlədən, tibbi diantalogiya və tibbi etika da gözlənilməlidir", - M.Quliyev söyləyib.

Deputat hesab edir ki, son dövrlərdə tibb müəssisələrində bir çox ölüm və ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların və şou proqramlarının mənfi təsirləri var:

"Hansı ki, bunların çoxunun tibbi göstərişi də yoxdur. Təklif edirəm ki, həkimlərin ümumiyyətlə şəxs olaraq reklam edilməsi qadağan edilsin. Çünki bu, dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur".

E-saglam.az


Избранный
38
1
e-saglam.az

7Источники