Fevralın 3-də səhər saatlarında Moskvanın Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib. Təhlükəsizlik qüvvələrinə yaxın olan Baza Telegram kanalının məlumatına görə, binanın girişində əldəqayırma partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində iki nəfər ölüb. “VChK-OGPU” və “112” Telegram kanalları partlayışın sakinlərdən birinin mühafizəçilərlə birlikdə binaya daxil olması zamanı baş verdiyini yazıb.
Bildirilir ki, söhbət özünü qondarma Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyandan gedir. O, Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı kimi tanınır.
“Kommersant”ın məlumatına görə, o partlayış nəticəsində. Ölümün ilkin səbəbi ürək nahiyəsində döş qəfəsinə nüfuz edən qəlpə yarası kimi göstərilib.
Son məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Moskva Səhiyyə Departamenti zərərçəkənlərin vəziyyətinin ağır kimi qiymətləndirir.