RU

Putinin Moskvada HƏMAS nümayəndə heyəti ilə görüşü planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan HƏMAS nümayəndə heyəti ilə görüşməyi planlaşdırmır.

“Yeni Azərbaycan” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

KİV-in məlumatına görə, HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzukun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı Qəzza zolağında humanitar böhranın nəticələrinin azaldılmasına kömək göstərilməsi xahişi ilə Rusiya tərəfinə müraciət etmək niyyətindədir.

"Xeyr, görüş planlaşdırılmır", - deyə o bildirib. 

Qeyd olunur ki, nümayəndə heyəti Rusiya tərəfini Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin gedişi barədə məlumatlandıracaq.

Xatırladaq ki, HƏMAS nümayəndə heyətinin Moskvaya əvvəlki səfəri 2024-cü ilin oktyabrında baş tutub.

Havar Şəfiyeva

Избранный
11
3
yeniazerbaycan.com

4Источники