RU

Ermənistan və Səudiyyə Ərəbistanı arasında dostluq qrupu yaradılacaq – ÖZƏL

3 fevralda Ermənistanda Parlamentin Xarici Əlaqələr Daimi Komissiyasının iclasında hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı, komissiyanın rəhbəri Sarkis Handanyan, Ermənistan ilə Səudiyyə Ərəbistanı arasında dostluq qrupunun yaradılmasına ehtiyac olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, o, ölkələrin ötən il diplomatik əlaqələr qurduqlarını və səfirləri təyin etdiklərini qeyd edib. 

Handanyan əlavə edib ki, Səudiyyə Ərəbistanı Parlamentində də oxşar dostluq qrupu artıq yaradılıb. Müzakirələrdən sonra, bu təşəbbüs Parlamentin Daimi Komissiyası tərəfindən müsbət qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники