Fransanın cənub-şərqindəki Savoya bölgəsində daşların yola tökülməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.
Publika.az xəbər verir ki, magistral yola 3 böyük qaya parçası tökülüb.
Sürücülərin yüngül xəsarət aldığı hadisədə hərəkət tamamilə dayanıb və avtomobillər kilometrlərlə uzanan tıxacda qalıblar. 1000-dən çox insan yaxınlıqdakı şəhərlərdəki qaçqın mərkəzlərində gecələyib.
Savoya qubernatorluğu magistral yolda təmir işlərinin davam etdiyini və hərəkətin normal vəziyyətə düşməsinin bir neçə gün çəkəcəyini açıqlayıb.