RU

Rusiya Müdafiə Nazirliyi: Ukrayna ordusu Kursk istiqamətində 210 hərbçi itirib – ÖZƏL

Ukrayna Silahlı Qüvvələri (USQ) Kursk istiqamətində son sutka ərzində 210-a qədər hərbçisini, 2 zirehli transportyorunu və 9 döyüş maşınını itirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, son sutka ərzində Ukrayna ordusuna məxsus 2 piyadaların döyüş maşını, 2 zirehli transportyor, 9 döyüş zirehli texnikası, 9 avtomobil, 4 sahə artilleriya qurğusu, 4 minaatan və bir sursat anbarı məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Kursk istiqamətində döyüşlərin başlamasından indiyədək Ukrayna ordusunun ümumi itkiləri 56,980 hərbçi, 329 tank, 243 piyadaların döyüş maşını, 191 zirehli transportyor, 1,681 döyüş zirehli texnikası, 1,774 avtomobil, 402 artilleriya qurğusu, 45 yaylım atəş sisteminin buraxılış qurğusu, o cümlədən 13 HIMARS və 6 ABŞ istehsalı MLRS, həmçinin 16 zenit-raket kompleksi buraxılış qurğusu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники