RU

Milli Məclis “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiqləyib

Bakı. Trend:

“İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji MərkəzininNizamnaməsi” ratifikasiya edilib.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bugün keçirilən ilk plenar iclasında müzakirə edilib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji MərkəzininNizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi biroxunuşda qəbul olunub.

Qeyd edək ki, İƏT Təmiz Enerji Mərkəzi İqtisadi ƏməkdaşlıqTəşkilatı (ECO) çərçivəsində yaradılan regional qurumdur. Mərkəzinəsas vəzifələri enerji təhlükəsizliyi, enerjiyə çıxış və iqlimdəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində üzvdövlətlər arasında bərpaolunan enerji və enerji səmərəliliyinintəşviq edilməsidir. Mərkəzin əsas vəzifələri regional əməkdaşlığıinkişaf etdirmək, dayanıqlı enerji layihələrini həyata keçirmək,texniki dəstək göstərmək və qlobal enerji məsələləri ilə bağlıbilik və məlumatlılığı artırmaqdır. Qərargahı Bakı şəhərindəyerləşən Mərkəz, Rəhbərlər Şurası, İcraçı Şura, Katiblik və TexnikiKomitənin dəstəyi ilə fəaliyyət göstərir.

İƏT Təmiz Enerji Mərkəzinin yaradılması üzv dövlətlərinbərpaolunan enerji və enerji səmərəliliyinin təşviqi, iqlimdəyişikliyinin təsirlərinin azaldılması və davamlı enerjihəllərinin inkişafı sahəsindəki kollektiv səylərini əks etdirir.Xüsusilə Azərbaycanın Mərkəzə ev sahibliyi etməsi onun regionalenerji təşəbbüslərində strateji rolunu vurğulayır. Nizamnamənin 27noyabr 2021-ci il tarixində keçirilən İƏT Nazirlər Şurasının 28-ciiclasında imzalanması ətraf mühit problemlərinin kollektiv şəkildəhəlli və təmiz enerji layihələrinin həyata keçirilməsi sahəsindəüzv dövlətlərin nümayəndələrinin imzaları ilə təsdiqlənərəkMərkəzin məqsəd və vəzifələrinə sadiqliyini nümayiş etdirir.

Mərkəz fəaliyyətlərini aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmışTematik Mərkəzlər vasitəsilə həyata keçirir:

  • Bərpa olunan enerji;
  • İqlim dəyişikliyi;
  • Potensialın artırılması;
  • Tədqiqat və inkişaf;
  • Maliyyə.

Bu Tematik Mərkəzlər Texniki Əməkdaşlıq Sazişləri çərçivəsindəfəaliyyət göstərir və proqramların icrasında mərkəzi koordinasiyaqurumu rolunu oynayır.

İdarəetmə strukturu belədir:

1. Rəhbərlər Şurası:
Rəhbərlər Şurası üzv dövlətlərin nümayəndələri, İƏT Baş katibi vəMərkəzin İcraçı direktorundan ibarət əsas qərar qəbul edənorqandır. Bu qurum əsas siyasi strategiyaların müəyyənləşdirilməsivə bu istiqamətdə məqsədlərə nail olmaq üçün strateji idarəetmənihəyata keçirir.

2. İcraçı Şurası:
Rəhbərlər Şurasının qərarlarını həyata keçirir, illik işproqramları və büdcəyə nəzarət edir, həmçinin Mərkəzin heyətinitəyin edir.

3. Katiblik:
Katiblik İcraçı direktorun rəhbərliyi altında Mərkəzin gündəlikəməliyyatlarını idarə edir və təsdiq olunmuş proqramların icrasınıtəmin edir.

4. Texniki Komitə:
Üzv dövlətlərin mütəxəssisləri və tərəflərin nümayəndələrindənibarət Texniki Komitə Mərkəzin təşəbbüslərinə texniki tövsiyələrverir və onların icrasını monitorinq edir.

Hüquqi status və maliyyələşmə:

  • Mərkəz ECO-nun Regional Mərkəzi olaraq hüquqi şəxs statusunamalikdir. Onun imtiyazları və toxunulmazlıqları ev sahibi ölkə iləbağlanan sazişlərlə tənzimlənir.
  • Mərkəz müstəqil büdcəyə malikdir və bu büdcə üzv dövlətlərintöhfələri, ianələr və layihələrin icrasından əldə olunan gəlirlərhesabına maliyyələşir.
  • Nizamnaməyə dəyişikliklər yalnız Rəhbərlər Şurasının təsdiqiilə həyata keçirilir.
  • Rəsmi dil kimi ingilis dili qəbul edilib.
Избранный
8
1
az.trend.az

2Источники