Estoniya hökuməti BRELL elektrik şəbəkəsindən çıxdıqdan sonra vətəndaşları baş verəcək elektrik kəsintiləri qarşısında qida, su, dərman və stolüstü oyunlar toplamağa çağırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, ERR teleradio şirkətinin məlumatına görə, bu barədə Estoniya Riskin Qarşısının Alınması Bürosunun sözçüsü Kaisa Niylo açıqlama yayıb.
Niylo qeyd edib ki, ən əsası qida və su təchizatıdır.
“Bir adama gündə üç litr su lazımdır. Ailənizin yediyi yeməklər rəfdə olmalıdır. Təbii ki, saxlanılan qida elə olmalıdır ki, onu dərhal istehlak etmək mümkün olsun, yəni uzun hazırlıq tələb etməsin. Əgər əsas ehtiyacdan danışırıqsa, təbii ki, bu, dərmanların yoxlanılmasından gedir”, - o bildirib.
Niylo həmçinin alternativ işıqlandırma mənbələrini nəzərdən keçirməyi və asudə vaxtını unutmamağı tövsiyə edib. Nümunə olaraq stolüstü oyunlar və ya kartlar məsləhət görüb. O, sakinləri batareyaların dolu, radio və qızdırıcıların olmasına əmin olmağa, avtomobilləri qazla doldurmağı unutmamağa çağırıb.
QAZİLER.AZ