RU

Fransa müdafiə büdcəsini ikiqat artırır

Fransa müdafiə büdcəsini ikiqat artıracaq.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, müvafiq qərar hərbi proqramlar haqqında iki qanunun müddəti bitdikdən sonra veriləcək, ölkədə həmçinin böyük layihələrə start veriləcək.

Ehtiyac yarandıqda dövlətin maraqları uğrunda mübarizə aparmaq istəyənlər üçün strateji qərarlar təsdiqlənəcək.

"Mən bütün digər tərəfdaşlarımı da eyni addımı atmağa çağırıram", - Fransa lideri Brüsselə səfəri ərəfəsində jurnalistlərə deyib.

Makron vurğulayıb ki, hazırda hakimiyyətin əsas prioriteti Fransa sərhədlərinin təhlükəsizliyidir. Onun sözlərinə görə, əgər respublika ticarət məsələlərində, məsələn, Birləşmiş Ştatlar tərəfindən hücuma məruz qalarsa, Avropa ona hörmət göstərməli və “adekvat” cavab verməlidir.

QAZİLER.AZ

Избранный
9
qaziler.az

1Источники