Qondarma DXR Boks Federasiyasının prezidenti Armen Sarkisyan Moskvada "Qırmızı yelkənlər" yaşayış kompleksində baş verən partlayış nəticəsində aldığı xəsarətlərdən ölüb.
News24.az xəbər verir ki, bu barədə TASS-a səhiyyə xidmətləri məlumat verib.
Ölümlə bağlı məlumatı Qorlovkanın meri İvan Prixodko, eləcə də onun ətrafındakılar təsdiqləyib.
"Göstərilən yardıma baxmayaraq, zərərçəkənlərdən biri tibb müəssisəsində dünyasını dəyişib", - Moskvanın Baş İstintaq İdarəsinin bəyanatında deyilir.
Qeyd edək ki, hüquq-mühafizə orqanları daha əvvəl onun klinik olaraq öldüyünü və süni nəfəs aparatında olduğunu bildirmişdilər.
Günel Məlikzadə