RU

Rusiya DİN miqrantlarla bağlı məlumatlara görə pul ödəmək niyyətində deyil

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlarla bağlı məlumatlara görə pul ödəmək niyyətində deyil.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy bildirib.

Onun sözlərinə görə, departament bu cür ödənişlərin mümkünlüyünü iki il müzakirə edib. Lakin sonda bunu zəruri hesab etməyib.

Qorovoy bəyan edib ki, hüquq-mühafizə orqanları qeyri-qanuni mühacirlərlə bağlı daxil olan bütün məlumatlara cavab verməlidir.

“Biz işini tərk edib tikinti sahələrinə və yığcam yaşayış yerlərinə gedən vətəndaşların hansısa maddi üstünlük əldə edəcəkləri ümidi ilə məlumatlandırmaq üçün sui-istifadə hallarına yol vermək istəmirik”, - deyə o, bildirib.

Aylin
Xəzərnews.az





Xəbər 2 dəfə oxunub.
Избранный
10
xezernews.az

1Источники