RU

"Kəpəz" yetirməsini icarəyə götürdü

Azərbaycan Premyer Liqasının iştirakçısı "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf.com xəbər verir ki, Gəncə təmsilçisi Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Futbolçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə əsas komandanın heyətində çıxış edib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.


Müəllif: Royal Həsənov
Избранный
3
3
teleqraf.com

10Источники