RU

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib. AzPost-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.

Yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin,

hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi,

pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması,

Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan,

Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən,

üstündə xüsusi qrafikalı rəngli sxemlər,

yazılar və tanınma nişanları olan,

xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər operativ nəqliyyat vasitələridir.

Избранный
31
16
azpost.info

10Источники