RU

Papikyan İtaliya səfiri ilə müdafiə sahəsindəki əməkdaşlığı müzakirə edib

Fevralın 3-də Ermənistanın müdafiə naziri Suren Papikyan İtaliyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Ferrantini qəbul edib.

Herbiand.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri səfiri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona Ermənistan və İtaliya arasında əməkdaşlığın inkişafında uğurlar arzulayıb.

Görüş zamanı Ermənistan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı prosesi və perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
12
herbiand.az

1Источники