RU

Bayramov latviyalı həmkarı ilə danışdı

Xarici işlər naziri Ceyhun Bayramovla latviyalı həmkarı Baiba Braje arasında telefon danışığı baş tutub. 

XİN-dən News365.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. 

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.  Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
33
32
news365.az

10Источники