Demokrat.az sportinfo.az-a istinadən xəbər verir ki, əslində isə bu, formal sövdələşmədir. Muradovun əlində B kateqoriyalı lisenziya olduğu üçün klub rəhbərliyi kağız üzərində belə bir "manevr" edib. Gerçəkdə komanda Təmkin Xəlilzadənin sərəncamındadır.
Vaxtilə millinin şərəfini qorumuş, hazırda isə minifutbol çempionatında "Birbaşa"nın formasını geyinən Xəlilzadə məşqçilikdə ilk addımlarını "Cəbrayıl"da atmağa başlayıb. O, futbolçulara məşq keçir, heyəti və taktikanı müəyyənləşdirir, Əli Muradov isə sadəcə, texniki zonada əyləşir.
Kollektivin idarəçiliyi birbaşa Xəlilzadənin nəzarətindədir. Məşqçi kurslarında oxumadığı üçün təyinatını rəsmiləşdirmək mümkün olmayıb.
O, İdman Akademiyasının məzunudur. Fitness məşqçisidir. İndiyədək bir neçə yerdə çalışıb.
4Источники
-
moderator.azAzərbaycanda futbol komandasının başına fitness məşqçisi gətirildi — ŞOK! ( 15226615)
-
demokrat.azAzərbaycanda futbol komandasının başına fitness məşqçisi gətirildi — ŞOK! ( 15226505)
-
demokrat.azAzərbaycanda komandanın sükanı fitness məşqçisinə tapşırıldı — Dostunu vəzifəyə gətirdi ( 15226397)
-
sportinfo.azAzərbaycanda komandanın sükanı fitness məşqçisinə tapşırıldı - O, dostunu vəzifəyə gətirdi ( 15214191)